Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Mart 2006 00:01

Müdafiə Nazirliyinin məlumatı

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:
- martın 6-dan 10-dək Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) “Çoxmillətli birgə əməliyyatlar mərkəzi” kursu;   
- martın 7-dən 9-dək Kişinyov şəhərində (Moldova) “Kooperativ Lonqbou/Lancer 2006” və Kostanta şəhərində (Rumıniya) “Kooperativ Mako 2006” təlimlərinin əsas konfransları keçirilir.
Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq martın 6-dan 12-dək London şəhərində “Silahlara nəzarət” üzrə təlim və martın 6-dan 17-dək Vişkov şəhərində (Çexiya Respublikası) “Komandirlik və liderlik üzrə təlimatçılar üçün kurs”;
Azərbaycan Respublikası ilə Amerika Ştatları arasında imzalanmış ikitərəfli hərbi   planına uyğun olaraq martın 6-dan 17-dək Bonk-Kok şəhərində (Tayland) Tibb Elmləri Araşdırma  İnstitutunda treyninq; Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında imzalanmış ikitərəfli hərbi planına uyğun olaraq martın 7-dən 10-dək Bakı şəhərində Qərargah danışıqları keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.