AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində sentyabrın 12-dən 15-dək Qarmiş-Partenkirxen şəhərində (Almaniya Federativ Respublikası) “Müdafiə iqtisadiyyatı — Müdafiə transformasiyası və təhlükəsizlik” mövzusunda konfrans;- sentyabrın 12-dən 16-dək Bakı şəhərində (Azərbaycan Respublikası) “Silahlı münaqişələr hüququ” kursu və Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) “Sülhün dəstəklənməsi əməliyyatları” üzrə kurs;- sentyabrın 12-dən 23-dək Vlore şəhərində (Albaniya Respublikası) “Cooperative Engagement-05” təlimi və Budapeşt şəhərində (Macarıstan Respublikası) “Hava əməliyyatları üzrə ingilis dili” kursu;- sentyabrın 13-dən 15-dək Skopye şəhərində (Makedoniya Respublikası) “Cooperative Assosiate-05” təliminin yekun konfransı;- sentyabrın 13-dən 16-dək Konstansa şəhərində (Rumıniya Respublikası) “Tomis-2005” fövqəladə hallar üzrə beynəlxalq təlim keçirilir.
Sentyabrın 8-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Böhran Situasiyaları üzrə Beynəlxalq Qrupun vitse-prezidenti cənab Alan Deletrozu və bu layihənin Qafqaz üzrə direktoru xanım Sabina Freyzeri qəbul etmişdir.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində sentyabrın 9-da Kişinyov şəhərində (Moldova Respublikası) NATO-nun Mülki Müdafiə Komitəsinin plenar iclası və Azərbaycan Respublikası ilə Litva Respublikası arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, sentyabrın 8-dən 9-dək Vilnüs şəhərində “Beynəlxalq müdafiə araşdırmaları.
Sentyabrın 7-də Azərbaycanın Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin dəvətilə ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Quru Qoşunları komandanı ordu generalı Yaşar Böyükkanıtın Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi olmuşdur.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində sentyabrın 5-dən 9-dək Bakı şəhərində (Azərbaycan Respublikası) “Müəllimlər üçün hərbi ingilis dili üzrə təlim seminarı” və sentyabrın 5-dən dekabrın 12-dək Budapeşt şəhərində (Macarıstan Respublikası) “Hərbi ingilis dili” kursu keçirilir.
Sentyabrın 1-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri doktor Lauri Bristou və Britaniya Hərbi Məsləhət-Təlim Qrupunun komandiri polkovnik Xyu Pyorseli qəbul etmişdir.