Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 23 İyun 2005 00:01

İyunun 23-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev NATO Baş Katibinin Müdafiənin Planlaşdırılması üzrə müavini cənab Con Kolstonu qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 23 İyun 2005 00:00

İyunun 23-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Müstəqil Dövlətlər Birliyi Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərinə yola düşmüşdür.

Müdafiə Nazirliyinin məlumatı 21 İyun 2005 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 21-də saat 08:00-dan 08:07-dək Füzuli rayonunun ərazisindəki Lələ-İlahi dağının 0,8 km şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin ərazidə yerləşən üzbəüz mövqelərini;- saat 20:40-dan 20:55-dək Ağdam rayonunun işğal olunmuş Mərzili kəndinin 4,5 km.

Müdafiə Nazirliyinin məlumatı 21 İyun 2005 00:00

ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyunun 22-də Xocavənd rayonunun Kuropatkino kəndi sahəsində, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin məlumatı 20 İyun 2005 00:00

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində iyunun 20-dən 21-dək Mons şəhərində (Belçika Krallığı) “Tərəfdaşlığın Koordinasiya Qrupunun illik konfransı”, iyunun 20-dən 24-dək Neapol şəhərində (İtaliya) “Dəniz əməliyyatlarının planlaşdırılması üzrə seminar”, Sofiya şəhərində (Bolqarıstan) “Maddi-texniki təminat üzrə konfrans”, iyunun 21-dən 23-dək Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) “Təlim və tədris şəbəkəsi üzrə konfrans”, Vlore şəhərində (Albaniya) “Cooperative Engagement-05” təliminin yekun planlaşdırma konfransı və iyunun 21-dən 25-dək Odessa şəhərində (Ukrayna) “Rough and Ready-2005” təliminin seminarı keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 17 İyun 2005 00:00

İyunun 17-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Cənubi Qafqaz üzrə Xüsusi Nümayəndəsi ser Brayan Follu və Krallığın Xarici İşlər Nazirliyi Şərq Departamentinin rəisi cənab Saymon Smiti qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 14 İyun 2005 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 13-də saat 17:30-dan 17:40-dək Ağdam rayonunun işğal olunmuş Yusifcanlı kəndinin şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin ərazidə yerləşən üzbəüz mövqelərini;- saat 21:50-dən 21:55-dək Xocavənd rayonunun işğal olunmuş Kuropatkino kəndinin ərazisində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin ərazidə yerləşən üzbəüz mövqelərini avtomatlardan və snayper tüfənglərindən atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 13 İyun 2005 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 12-də saat 21:30-dan 21:40-dək Füzuli rayonunun ərazisindəki Lələ İlahi dağının 0,8 km.

Müdafiə Nazirliyinin məlumatı 10 İyun 2005 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 10-da saat 04:30-dan 04:40-dək Ağdam rayonunun işğal olunmuş Nəmirli kəndinin şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin ərazidə yerləşən üzbəüz mövqelərini avtomatlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 10 İyun 2005 00:00

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində iyunun 10-dan 15-dək Vyana şəhərində (Avstriya Respublikası) “Sülh Naminə Tərəfdaşlıq Konsorsiumunun VIII illik konfransı” və iyunun 13-dən 17-dək Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) “Birgə tibbi planlaşdırıcılar” kursu keçirilir.