Müdafiə Nazirliyinin məlumatı
23 May 2005 00:01
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində mayın 23-dən 27-dək Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) “Avropada Adi Silahlı Qüvvələr üzrə məlumat mübadiləsi” və “Sahib Ölkə Dəstəyi” kursları, mayın 23-dən iyunun 10-dək Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) “NATO Qərargah zabitləri” kursu, mayın 24-dən 25-dək Soçi şəhərində (Rusiya Federasiyası) “Hərbi Cərrahiyə” mövzusunda seminar, mayın 24-dən 26-dək Praqa şəhərində (Çex Respublikası) “Mülki-hərbi hava hərəkatının idarə edilməsi” üzrə konfrans və mayın 25-dən 26-dək Vilnüs şəhərində (Litva Respublikası) “Hərbi strategiya üzrə seminar” keçirilir.