Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 May 2005 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 18-də saat 23:15-dən 23:30-dək Qazax rayonunun işğal olunmuş Boqanis Ayrım kəndinin 0,5 km. cənubunda, işğal olunmuş Aşağı Əskipara kəndinin 0,3 km. şimal-qərbində və işğal olunmuş Xeyrimli kəndinin 1 km. şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin rayonun Boqanis Ayrım və Məzəmli kəndləri civarlarında yerləşən üzbəüz mövqelərini;
- mayın 19-da saat 02:40-dan 02:50-dək Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin 1,5 km. cənub-qərbində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin ərazidə yerləşən mövqelərini;
- saat 07:00-dan 07:05-dək Ağdam rayonunun işğal olunmuş Yusifcanlı kəndinin 1,5 km. cənub-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin ərazidə yerləşən üzbəüz mövqelərini avtomatlardan və snayper tüfənglərindən atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.