Mayın 17-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ-ın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Reno Harnişi və “Kapstoun” qrupunun nümayəndələrini qəbul etmişdir.
Müdafiə naziri qonaqları salamlayaraq qeyd etmişdir ki, Amerika nümayəndə heyətləri ilə tez-tez keçirdiyimiz görüşlər əməkdaşlığımızın güclənməsinə sübutdur.
Səfir R.Harniş qəbul üçün təşəkkür edərək bildirmişdir ki, bu səfər ABŞ-ın Azərbaycan Respublikasının strateji müttəfiqi olmasına dəlalət edir.
General-polkovnik S.Əbiyev qonaqlara Azərbaycanın müstəqilliyi, Ermənistan-Azərbaycan münaqişəsi və onun nəticələri, münaqişənin həllinin ATƏT-in Minsk Qrupuna həvalə edilməsi, lakin həmsədrlərin bu vaxta qədər heç bir nəticə əldə etməməsi barədə qonaqlara ətraflı 2 məlumat vermişdir. O, demişdir: “Azərbaycan ABŞ-ı özünün strateji müttəfiqi hesab edir. Amerikanın yardımı ilə Bakı-Tbilisi-Ceyhan layihəsinin gerçəkləşməsi mümkün olmuşdur. Arzu edirik ki, ABŞ Ermənistan-Azərbaycan münaqişəsinin həllində öz fəallığını daha da artırsın. “Azadlığı Dəstəkləmə Aktı”na 907-ci düzəlişin bu vaxta qədər tam ləğv edilməməsi Azərbaycan xalqını narahat edir”.
General-polkovnik S.Əbiyev Cənubi Qafqazda Ermənistan dövlətinin necə yaranması, yarandığı gündən işğalçılıq siyasəti yürütməsi, bu dövlətin Azərbaycan torpaqları hesabına genişlənməsi və Azərbaycan xalqına qarşı soyqırımı siyasəti yeritməsi haqqında qonaqlara ətraflı məlumat vermişdir. O, demişdir: “Bu günkü Ermənistan dövlətinin siyasəti işğalçılığı davam etdirməkdən, tarixi saxtalaşdırmaqdan, dünya ictimaiyyətini aldatmaqdan, erməni xalqını məzlum və əzabkeş kimi qələmə verməkdən ibarətdir.
Bəyan edirəm ki, biz torpaqlarımızın bir qarışını da heç kimə verməyəcəyik. Ermənistan-Azərbaycan münaqişəsi həll edilməsə Cənubi Qafqaz bölgəsində əmin-amanlıq olmayacaqdır”.
General-polkovnik S.Əbiyev Azərbaycan-Amerika hərbi əməkdaşlığı haqqında ətraflı söhbət açmışdır.
Səfir R.Harniş bildirmişdir ki, ABŞ prezidenti C.Buş Tbilisiyə səfəri zamanı demişdir ki, Amerika Qafqaz xalqlarının müstəqilliyini həmişə dəstəkləyəcəkdir. O, demişdir: “ABŞ Azərbaycanla hərbi əməkdaşlığı həmişə davam etdirəcək və “Azadlığı Dəstəkləmə Aktı”na 907-ci düzəlişin tam ləğvi üçün əlimizdən gələni edəcəyik”.
Görüşün sonunda general-polkovnik S.Əbiyev nümayəndə heyəti üzvlərinin çoxsaylı suallarını cavablandırmışdır.