Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 May 2005 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 17-də saat 19:55-də Xocavənd rayonunun işğal olunmuş Kuropatkino kəndi sahəsindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin ərazidə yerləşən üzbəüz mövqelərini;
- saat 23:47-dən 00:00-dək Cəbrayıl rayonunun işğal olunmuş Mehdili kəndinin 0,5 km. şimal-qərbində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin rayonunun Cocuq Mərcanlı kəndi sahəsində yerləşən mövqelərini snayper tüfənglərindən, avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.