Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 May 2005 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 23-də saat 19:50-dən 19:55-dək Xocavənd rayonunun işğal olunmuş Kuropatkino kəndinin 1 km. şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin ərazidə yerləşən üzbəüz mövqelərini;
- saat 19:50-dən 20:10-dək Gədəbəy rayonunun Başkənd aşırımının işğal olunmuş sahəsində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin ərazidə yerləşən üzbəüz mövqelərini;
- saat 21:45-dən 21:50-dək Ağdam rayonunun işğal olunmuş Tağıbəyli kəndinin 1,7 km. şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin ərazidə yerləşən üzbəüz mövqelərini avtomatlardan, pulemyotlardan və snayper tüfənglərindən atəşə tutmuşlar.
Düşmənə cavab atəşi açılmışdır.
İtki yoxdur.