Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 May 2005 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 22-də saat 21:15-dən 21:30-dək İcevan rayonunun sahəsindəki adsız yüksəklikdə yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Bala Cəfərli kəndi sahəsində yerləşən mövqelərini;
- mayın 23-də saat 02:20-dən 04:00-dək Tərtər rayonunun işğal olunmuş Cerabert kəndinin 1 km. şimalında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin kəndin sahəsində yerləşən üzbəüz mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.