Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 29 Noyabr 2003 00:01

Noyabrın 29-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasında xidmətini başa vurmuş hərbi attaşesi polkovnik-leytenant Toun Kristofer Cozefi və respublikamızda yeni akkreditə olunmuş hərbi attaşesi polkovnik-leytenant Brendan B.MakAlunu qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 29 Noyabr 2003 00:00

Noyabrın 29-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Klaus Qrevrlini və Almaniyanın Azərbaycan Respublikasında yeni akkreditə olunmuş hərbi attaşesi I dərəcəli kapitan Konrad Zeemanı qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 27 Noyabr 2003 00:00

ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, noyabrın 28-də Azərbaycan Respublikası və Ermənistan Respublikası Silahlı Qüvvələrinin Tərtər rayonunun Qapanlı kəndi sahəsində, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin məlumatı 26 Noyabr 2003 00:00

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində noyabrın 24-dən 28-dək Oberammerqau şəhərində (Almaniya) "Strateji səviyyədə mülki-hərbi əməkdaşlıq" üzrə kurs və noyabrın 25-dən dekabrın 3-dək Salzburq şəhərində (Avstriya) "Cooperative Support-2003" təlimi keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 21 Noyabr 2003 00:00

Noyabrın 21-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələrinin Avropa Komandanlığının qərargah rəisinin müavini general Çarlz Uoldun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 19 Noyabr 2003 00:00

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində noyabrın 18-dən 20-dək Brüssel şəhərində (Belçika Krallığı) 2004-2005-ci illər üçün Azərbaycan Respublikası və NATO arasında Fərdi Əməkdaşlıq Proqramının tərtib edilməsi üzrə ekspert-qərargah görüşü, noyabrın 18-dən 21-dək isə Amerika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Bakı şəhərində "Gizirlər, çavuşlar və müddətdən artıq hərbi qulluqçular üçün təhsil proqramları" mövzusunda seminar keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 14 Noyabr 2003 00:01

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində noyabrın 16-dan 21-dək Verona şəhərində (İtaliya) "NATO SNT təlimlərinin keçirilməsi üzrə qərargah təlimi", noyabrın 16-dan 26-dək Sofiya şəhərində (Bolqarıstan) "Kooperativ Assoşieyt" təlimi, noyabrın 17-dan 21-dək Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) "Ehtiyatlarla tanışlıq kursu" və noyabrın 17-dən 21-dək Ankara şəhərində (Türkiyə) "Strateji və taktiki rabitələr kursu" keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 14 Noyabr 2003 00:00

Noyabrın 13-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Gürcüstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Zurab Qumberidzeni və Gürcüstan Silahlı Qüvvələrinin Azərbaycan Respublikasında akkreditə olunmuş hərbi attaşesi polkovnik Vaxtanq Çanadirini qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 10 Noyabr 2003 00:01

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində noyabrın 10-dan 14-dək Tbilisi şəhərində (Gürcüstan) SNT hərbi informasiya seminarı, noyabrın 10-dan 21-dək Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) "İctimai İnformasiya üzrə tanışlıq kursu" və noyabrın 11-dən 15-dək Drezden şəhərində (Almaniya Federativ Respublikası) "Combined Endeavor-2004" təliminin ilkin planlaşdırma konfransı keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 10 Noyabr 2003 00:00

ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq noyabrın 11-də Azərbaycan Respublikası və Ermənistan Respublikası Silahlı Qüvvələrinin Füzuli rayonunun Qaraxanbəyli kəndi sahəsində, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.