Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Noyabr 2003 00:01

Müdafiə Nazirliyinin məlumatı

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində noyabrın 10-dan 14-dək Tbilisi şəhərində (Gürcüstan) SNT hərbi informasiya seminarı, noyabrın 10-dan 21-dək Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) "İctimai İnformasiya üzrə tanışlıq kursu" və noyabrın 11-dən 15-dək Drezden şəhərində (Almaniya Federativ Respublikası) "Combined Endeavor-2004" təliminin ilkin planlaşdırma konfransı keçirilir.
Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.