AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Noyabrın 6-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatları Prezidentinin milli təhlükəsizlik üzrə sabiq müşaviri, məşhur politoloq Zbiqnev Bjezinskinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində noyabrın 6-dan 9-dək Buxarest şəhərində (Rumıniya) "EXPOMİL 2003", "İCOMİL 2003" seminarları və noyabrın 6-dan 11-dək Brüssel şəhərində (Belçika Krallığı) Ali Mülki Fövqəladə Planlaşdırma Komitəsinin Avro-Atlantik Tərəfdaşlıq Şurası formatında plenar iclası keçirilir.
Bolqarıstan Respublikasının Müdafiə naziri Nikolay Svinarov noyabrın 4-də Bakıya rəsmi səfərə gəlmişdir.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində noyabrın 3-dən 5-dək Verona şəhərində (İtaliya) "2003-cü il üçün Cənub Regionu Əməkdaşlıq Konfransı", noyabrın 3-dən 7-dək Ankara şəhərində (Türkiyə) "Mülki Fövqəladə Planlaşdırma/Mülki Hərbi Əməkdaşlıq üzrə kurs", Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) "Çoxmillətli Qüvvələr üzrə tanışlıq" kursu, Klaypeda şəhərində (Litva) "RESCUER/MEDCUER" təliminin ilkin planlaşdırma konfransı, noyabrın 3-dən 14-dək Roma şəhərində (İtaliya) "Sülh Naminə Tərəfdaşlıq/ATƏT inteqrasiya kursu", noyabrın 3-dən 18-dək İstanbul şəhərində (Türkiyə) "Allied Action-03” təlimi və noyabrın 3-dən 21-dək Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) "NATO/ Tərəfdaş ölkələrin qərargah zabitləri üçün kurs" keçirilir.