AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, mayın 27-də Azərbaycan Respublikası və Ermənistan Respublikası Silahlı Qüvvələrinin Ağdam rayonunun Çəmənli kəndi sahəsində, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Mayın 15-də Litva Respublikasının Milli Müdafiə naziri cənab Linas Linkyaviçus Azərbaycan Respublikasına iki günlük rəsmi səfərə gəlmişdir.
Mayın 14-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Fransa Respublikası Xarici İşlər Nazirliyi Kontinental Avropa İdarəsinin rəisi cənab Üq Perneni qəbul etmişdir.
Mayın 13-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatları Müdafiə Nazirliyi Avrasiya bölgəsi üzrə qrupunun əməkdaşı xanım Keti Consonun rəhbərliyi ilə nazirliyin Təhlükənin Yayılmaması və Azaldılması İdarəsinin nümayəndə heyətini qəbul etmişdir.
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, mayın 13-də Azərbaycan Respublikası və Ermənistan Respublikası Silahlı Qüvvələrinin Füzuli rayonunun Qaraxanbəyli kəndi sahəsində, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Mayın 12-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyev Federal Silahlı Qüvvələri Qərargahının hərbi siyasət və silahlara nəzarət İdarəsi rəisinin müavini briqada generalı Yürqen Bornemannın rəhbərliyi ilə Almaniya Federativ Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyətini qəbul etmişdir.
Mayın 7-də Müdafiə Nazirliyinin Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab Heydər Əliyevin anadan olmasının 80 illik yubileyinə həsr edilmiş təntənəli mərasim keçirilmişdir.
Mayın 5-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyev NATO-nun Cənub-Şərqi Avropadakı Birləşmiş Qüvvələrinin komandanı ordu generalı Oktar Atamanı, komandanlığın Plan-Əməliyyat İdarəsinin rəisi briqada generalı Alan Didi və nümayandə heyətini qəbul etmişdir.
Mayın 1-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Azərbaycan Respublikasındakı səfiri cənab Peter Burxardı və onun müavini cənab Robin Siverti qəbul etmişdir.