Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 May 2003 00:00

Müdafiə Nazirliyinin məlumatı

Mayın 7-də Müdafiə Nazirliyinin Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab Heydər Əliyevin anadan olmasının 80 illik yubileyinə həsr edilmiş təntənəli mərasim keçirilmişdir. Azərbaycan Respublikasının dövlət bayrağı zala gətirildikdən sonra dövlət himni səslənmişdir.
Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Prezident Heydər Əliyevin Azərbaycan Respublikasının müstəqilliyinin möhkəmlənməsi və Silahlı Qüvvələrin quruculuğundakı rolundan bəhs edən məruzə ilə çıxış etmişdir.
Tədbirdə generallar, zabitlər və əsgərlər çıxış edərək Silahlı Qüvvələrin Ali Baş Komandanını anadan olmasının 80 illik yubileyi münasibətilə təbrik etdilər və qarşıdan gələn prezident seçkilərində onun namizədliyini dəstəklədiklərini söylədilər.  
Mərasimin sonunda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab Heydər Əliyevə Silahlı Qüvvələrin şəxsi heyəti adından müraciət qəbul edilmişdir.