Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 May 2003 00:00

Müdafiə Nazirliyinin məlumatı

Mayın 13-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatları Müdafiə Nazirliyi Avrasiya bölgəsi üzrə qrupunun əməkdaşı xanım Keti Consonun rəhbərliyi ilə nazirliyin Təhlükənin Yayılmaması və Azaldılması İdarəsinin nümayəndə heyətini qəbul etmişdir.
General-polkovnik S.Əbiyev qonaqları salamlayaraq qeyd etmişdir ki, Azərbaycan-ABŞ ikitərəfli hərbi əməkdaşlığının güclənməsi istiqamətində görüşlərimizin çoxalması bizi sevindirir.
Nümayəndə heyətinin rəhbəri xanım K.Conson səmimi qəbul üçün general-polkovnik S.Əbiyevə təşəkkür edərək bildirmişdir ki, artıq ABŞ-Azərbaycan hərbi əməkdaşlığı üçün məhdudiyyət yoxdur və bundan sonra bu əməkdaşlıq sürətlə inkişaf edəcəkdir.
Sonra tərəflər Azərbaycan-ABŞ ikitərəfli hərbi əməkdaşlığının perspektivlərini müzakirə etmişlər.
Görüşdə ABŞ Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşesi mayor Mark Casper iştirak etmişdir.