Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 May 2003 00:00

Müdafiə Nazirliyinin məlumatı

Mayın 1-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Azərbaycan Respublikasındakı səfiri cənab Peter Burxardı və onun müavini cənab Robin Siverti qəbul etmişdir.
Müdafiə naziri qonaqları salamlayaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasının ATƏT ilə əməkdaşlığı yaxşı vəziyyətdədir və biz bu əməkdaşlığın daha da güclənməsini istəyirik.
Qəbul üçün general-polkovnik S.Əbiyevə təşəkkür etdikdən sonra səfir P.Burxard bildirmişdir ki, ATƏT-Azərbaycan əməkdaşlığının vəziyyətindən razıdır. Sonra o, ofisinin əməkdaşları tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin bölmələri ilə hüquq, humanitar, sülhyaratma əməliyyatları, insan haqları sahəsində treninqlər, seminarlar və kurslar keçirilməsini təklif etmişdir.  
Təklifi qəbul edən general-polkovnik S.Əbiyev demişdir: “Azərbaycan insan haqları baxımından ən çox təzyiqə məruz qalan dövlətdir. Təcavüzkar Ermənistan dövləti Azərbaycan xalqına qarşı soyqırım törətmişdir. Azərbaycanda beynəlxalq hüquq qlobal şəkildə pozulmuşdur. Ermənistanın  işğalı nəticəsində 1 milyondan artıq Azərbaycan vətəndaşı 10 ildən çoxdur ki, ağır və dözülməz şəraitdə yaşayır. Ermənistan isə öz riyakar siyasəti ilə dünya ictimaiyyətini aldadır. Azərbaycan bu vəziyyətdə uzun müddət yaşaya bilməz”.
Görüşün sonunda səfir P.Burxard Azərbaycan xalqının dərdinə şərik olduğunu bildirmişdir.