Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 25 Noyabr 2002 00:00

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində noyabrın 25-i və 26-da Brunssum şəhərində (Hollandiya) NATO-nun Şimal Regional Komandanlığının SNT tədbirlərinin koordinasiyası üzrə konfransı, Neapol şəhərində (İtaliya Respublikası) “Kooperativ Partnyor-03” təliminin ilkin planlaşdırma konfransı, noyabrın 25-dən 28-dək Vilnüs şəhərində (Litva Respublikası) SNT-nin hərbi informasiya üzrə işçi görüşü və noyabrın 25-dən 30-dək Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) NATO-nun sülhün dəstəklənməsi əməliyyatları üzrə kurs keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 19 Noyabr 2002 00:00

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətləri Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün noyabrın 19-da Moskva şəhərinə yola düşmüşdür.

Müdafiə Nazirliyinin məlumatı 18 Noyabr 2002 00:01

Noyabrın 18-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sülhməramlı taqımının Əfqanıstana beynəlxalq sülhyaratma əməliyyatlarında iştirak etmək üçün yolasalma mərasimi keçirilmişdir.

Müdafiə Nazirliyinin məlumatı 18 Noyabr 2002 00:00

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində noyabrın 18-dən 22-dək Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) Silahlara nəzarətin yerinə yetirilməsi üzrə tanışlıq kursu, Bukeburq şəhərində (Almaniya Federativ Respublikası) NATO-nun Standartlaşdırma Agentliyinin işçi qrupunun 24-cü görüşü, Kriye şəhərində (Fransa Respublikası) Vyana Sənədi — 99 çərçivəsində inspektorlar üçün kurs, San Diyeqo şəhərində (Kaliforniya Ştatı, ABŞ) “Peaseshield-03” çoxmillətli sülhməramlı səhra təliminin ilkin planlaşdırma konfransı, noyabrın 18-dən 29-dək Ankara şəhərində (Türkiyə Respublikası) Silahlı münaqişələrdə hüquq mövzusunda kurs və Gölçük şəhərində (Türkiyə Respublikası) dənizdə minalar üzrə kurs keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 14 Noyabr 2002 00:01

Noyabrın 14-də Azərbaycan Respublikasının Müdafıə naziri general-polkovnik Səfər Əbiyev Rusiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tasin Cəmili və yeni təyin olunmuş hərbi attaşesi polkovnik İoan Viktor Dokuzu qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 14 Noyabr 2002 00:00

Noyabrın 14-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Klaus Qrevlixi, Rusiya Federasiyası və Azəbaycan Respublikasında akkreditə olunmuş müdafiə attaşesi briqada generalı Peter Şafraneki və Hərbi Dəniz Qüvvələri attaşesi birinci dərəcəli kapitan Karl-Ekhard Dröqeni qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 13 Noyabr 2002 00:00

Noyabrın 13-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev İtaliya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Marqerita Kostanı, Türkiyə və Azərbaycan Respublikalarındakı hərbi attaşesi birinci dərəcəli kapitan Tindaro Kalderoneni qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 11 Noyabr 2002 00:00

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində noyabrın 11-dən 15-dək Sakramento şəhərində (Amerika Birləşmiş Ştatları) Qəzalar zamanı xilasetmə əməliyyatları üzrə təlimin əsas planlaşdırma konfransı, Riqa şəhərində (Latviya Respublikası) “COMBİNED ENDEAVOR - 03” təliminin əsas planlaşdırma konfransı, noyabrın 11-dən 22-dək Budapeşt şəhərində (Macarıstan Respublikası) Hərbi Hava Əməliyyatları üzrə pilotlar və şturmanlar üçün ingilis dili kursu, Neapol şəhərində (İtaliya Respublikası) Qərargah zabitləri üçün Çoxmillətli Birləşmiş Əməliyyat Qüvvələri (CJTF) üzrə seminar və noyabrın 12-dən 14-dək Almnas şəhərində (İsveç) “Vikinq-03” təliminin ilkin planlaşdırma konfransı keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 5 Noyabr 2002 00:00

ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, noyabrın 7-də Füzuli rayonunun Horadiz kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin məlumatı 4 Noyabr 2002 00:01

Noyabrın 4-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ATƏT-in Minsk Qrupunun fransalı həmsədri cənab Anri Jakolini qəbul emişdir.