AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, yanvarın 31 -də Ermənistan-Azərbaycan cəbhəsinin Qazax rayonunun Balacəfərli yaşayış məntəqəsi sahəsində, qoşunların təmas xəttində monitorinq keçiriləcək.
Yanvarın 23-dən 26-dək Bakıda bu ilin noyabr ayında NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" Proqramı çərçivəsində Azərbaycan Respublikasında keçirilməsi nəzərdə tutulan "Kooperativ Determineyşn 2001" çoxmillətli komanda-qərargah təliminin ilkin planlaşdırma konfransı keçiriləcəkdir.
Yanvarın 15-dən 16-na keçən gecə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsinin ərazisindəki şəhərcikdə məişət zəminində başçavuş Ağayev Taleh Sabir oğlu (11 iyun 1976-cı ildə anadan olub, 22 aprel 2000-ci ildə Beyləqan RHK-dan müddətdən artıq hərbi xidmətə çağrılıb) və əsgər Abdullayev Zöhrab Asif oğlu (4 dekabr 1981-ci ildə anadan olub, 7 yanvar 2000-ci ildə Tovuz RHK-dan hərbi xidmətə çağrılıb) dəm qazından boğularaq vəfat etmişlər.
Yanvarın 17-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev NATO-nun Bakıda rəsmi səfərdə olan Baş Katibi lord Corc Robertsonu qəbul etmişdir.
Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin dəvətilə Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Bakıya rəsmi səfəri zamanı Rusiya Federasiyası Xəzər Donanmasının 5 gəmisi Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının komandanı donanma admiralı Vladimir Kuroyedovun rəhbərliyi altında yanvarın 10-da tədbirlərdə iştirak etmək üçün Bakı buxtasına daxil olmuşdur.
Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən həyata keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində dekabrın 17-də qar uçqununa düşmüş əsgər İsmayılov Ömər İsmayıl oğlunun (Balakən rayonu Hərbi komissarlığından Silahlı Qüvvələr sıralarına çağırılmışdır) cəsədi yanvarın 11-də tapılmışdır.
Yayılmış məlumatlara görə Yuqoslaviya hadisələri zamanı NATO-nun uran tərkibli döyüş sursatları tətbiq etməsi nəticəsində sonradan bəzi dövlətlərin sülhməramlı qüvvələrinin tərkibində xidmət edən şəxsi heyət arasında bəd xassəli xəstəliklər aşkar edilmişdir.
Yanvarın 7-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən həyata keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində dekabr ayında qar uçqununa düşmüş hərbi qulluqçulardan 3 nəfərinin cəsədi tapılmışdır.
Yanvarın 8-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən həyata keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində dekabr ayında qar uçqununa düşmüş hərbi qulluqçulardan daha 2 nəfərinin cəsədi tapılmışdır.
Yanvarın 6-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Almaniya Federativ Respublikası Bundestaqının XDS/XSS (Xristian Demokratik İttifaqı) fraksiyası sədrinin müavini, keçmiş Müdafiə naziri cənab Folker Ryuenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.