Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Yanvar 2001 00:00

Müdafiə Nazirliyinin məlumatı

Yanvarın 6-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Almaniya Federativ Respublikası Bundestaqının XDS/XSS (Xristian Demokratik İttifaqı) fraksiyası sədrinin müavini, keçmiş Müdafiə naziri cənab Folker Ryuenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Müdafiə naziri qonağı salamlayaraq Azərbaycan-Almaniya münasibətlərinin hər iki dövlətin mənafeinə müvafiq arzuolunan səviyyədə olduğunu qeyd etmiş və bundan sonra münasibətlərin hərtərəfli şəkildə inkişaf etməsini arzulamışdır.
Qəbul üçün general-polkovnik S.Əbiyevə təşəkkür edən cənab F.Ryue Ermənistan-Azərbaycan münaqişəsinin meydana gəlməsi səbəbləri və nəticələri ilə maraqlanmışdır.
Sonra general-polkovnik S.Əbiyev qonağın suallarına cavab olaraq, Ermənistan-Azərbaycan münaqişəsinin yaranması tarixi, atəşkəs rejimi, Ermənistan-Azərbaycan münaqişəsi həllinin vəziyyəti barədə ona məlumat vermişdir.
Cənab F.Ryue Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə dinc yolla həll edilməsini arzulamışdır.
Görüşdə Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin Müvəqqəti İşlər vəkili cənab Martin Langer iştirak etmişdir.