AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində mayın 8-dən 12-dək Moudon şəhərində (İsveçrə) Təbii fəlakətlər şəraitində tibbi xidmət etmə üzrə kurslar; Ankara şəhərində (Türkiyə) sülhün qorunub saxlanılmasında hava əməliyyatları üzrə seminar; Konstantsa şəhərində (Rumıniya) NATO-nun Maliyyə yarımqrupunun 51-ci görüşü keçirilir.
Həmin gün Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatlarının ATƏT-in Minsk Qrupunda Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi səfir Keri Kavananın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Mayın 6-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Pakistan İslam Respublikası Milli Müdafiə Kollecinin dinləyicilərindən ibarət nümayəndə heyətini qəbul etmişdir.
Mayın 3-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev İtaliya Respublikasının Azərbaycan Respublikasıdakı fövqəladə və səlahiyyətli səfiri Alessandro Fallavolitanı, Türkiyə və Azərbaycan Respublikalarında yeni təyin olunmuş hərbi attaşesi I dərəcəli kapitan Tindaro Kalderoneni qəbul etmişdir.
Mayın 4-dən 8-dək Müdafiə Nazirliyinin Ordu İdman Klubunda sərbəst və yunan-roma güləşi üzrə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin birinciliyi keçiriləcək.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində mayın 3-dən 5-dək Odessa şəhərində (Ukrayna) “Kooperativ-partnyor” təlimlərinin planlaşdırılması üzrə yekun konfransı keçiriləcəkdir.
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, mayın 3-də Ermənistan-Azərbaycan cəbhəsinin Tərtər rayonunun Tapqaraqoyunlu yaşayış məntəqəsi sahəsində, qoşunların təmas xəttində monitorinq keçiriləcəkdir.
Mayın 2-də Azərbaycan Respublikasının Müdafiə Naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahı Tibb İdarəsinin rəisi general-mayor Mətin Dənlinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Mayın 3-dən 5-dək Bakı şəhərində Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikası Silahlı Qüvvələri nümayəndələrinin iştirakı ile neft boru kəmərlərinin mühafizəsi üzrə “Eterniti” təlimlərinin planlaşdırmasının yekun konfransı keçiriləcəkdir.
Mayın 2-dən 4-dək Brüssel şəhərində (Belçika Krallığı) quru qoşunların arxa təminatı doktrinası üzrə işçi qrupun 25-ci görüşü keçiriləcəkdir.