AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
İyulun 28-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı hərbi attaşesi general-mayor Sadıq Ercanı və Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahı Müqavilələr şöbəsinin rəisi polkovnik Behçət Çəliyi qəbul etmişdir.
İyulun 26-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikası Quru Qoşunlarının Hərbi Təhsil və Doktrina üzrə Komandanının müavini general-leytenant Erdal Ceylanoğlunu və Hərbi məktəblər İdarəsinin rəisi general-mayor Əli İhsan Gurcihanı qəbul etmişdir.
İyulun 24-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahının Müdafiənin planlaşdırılması və Mənbələrin istiqamətləndirilməsi İdarəsinin rəisi general-mayor Şərafətdin Telyazanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Türkiyə Respublikası və Azərbaycan Respublikası hökumətləri arasındakı hərbi əməkdaşlıq çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Silahlı Qüvvələrinə qardaşlıq yardımı davam etməkdədir.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 13-dən 15-dək Rumıniyanın paytaxtı Buxarest şəhərində rəsmi səfərdə olmuşdur.
İyulun 13-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rumıniyanın Milli Müdafiə naziri cənab Viktor Babiukun dəvəti ilə Buxarestə 2 günlük rəsmi səfərə yola düşmüşdür.
İyulun 10-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ Dövlət Departamentinin minalardan təmizləmə İdarəsinin əməkdaşı cənab Karl Olsonun başçılıq etdiyi minalardan təmizlənmənin qiymətləndirilməsi üzrə humanitar yardım qrupunu qəbul etmişdir.
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyulun 6-da Ermənistan-Azərbaycan cəbhəsinin Tərtər rayonunun Qapanlı yaşayış məntəqəsi sahəsində, qoşunlardan təmas xəttində monitorinq keçirilir.