Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 İyul 1999 00:00

Müdafiə Nazirliyinin məlumatı

Türkiyə Respublikası və Azərbaycan Respublikası hökumətləri arasındakı hərbi əməkdaşlıq çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Silahlı Qüvvələrinə qardaşlıq yardımı davam etməkdədir.
Bu günlərdə qarşılıqlı yardım çərçivəsində, Azərbaycan ordusunun ehtiyacını təmin etmək məqsədilə Türkiyə tərəfindən 22 min 850 ABŞ dolları məbləğində təqribən 12 ton dərman və tibb ləvazimatı təmənnasız yardım kimi Müdafiə Nazirliyi Tibb xidmətinin rəsmi nümayəndələrinə təqdim edilmişdir.