Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 İyul 1999 00:00

Müdafiə Nazirliyinin məlumatı

İyulun 24-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahının Müdafiənin planlaşdırılması və Mənbələrin istiqamətləndirilməsi İdarəsinin rəisi general-mayor Şərafətdin Telyazanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Qəbul zamanı iki dövlətin Silahlı Qüvvələri arasında əsgəri qardaşlığın günü-gündən möhkəmlənməsi xüsusi vurğulanmışdır.
Qəbuldan sonra Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahının Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə 3 milyon 450 min ABŞ dolları məbləğində təmənnasız yardımı haqqında Müqavilə imzalanmışdır.
Müqaviləni Türkiyə tərəfdən general-mayor Şərafətdin Telyazan, Azərbaycan tərəfdən Müdafiə nazirinin maddi-texniki təminatı üzrə müavini vəzifəsini icra edən Qorxmaz Qarayev imzalamışlar.
Tədbirdə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı hərbi attaşesi general-mayor Sadıq Ercan iştirak etmişdir.