ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyulun 6-da Ermənistan-Azərbaycan cəbhəsinin Tərtər rayonunun Qapanlı yaşayış məntəqəsi sahəsində, qoşunlardan təmas xəttində monitorinq keçirilir. Monitorinqdə Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin səhra yardımçıları, eləcə də ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma Qrupunun nümayəndəsi iştirak edirlər.
Əks tərəfdə isə monitorinqi ATƏT-in şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra yardımçıları və ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma Qrupunun digər nümayəndələrindən ibarət heyət həyata keçirir.