Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 İyul 1999 00:00

Müdafiə Nazirliyinin məlumatı

İyulun 26-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikası Quru Qoşunlarının Hərbi Təhsil və Doktrina üzrə Komandanının müavini general-leytenant Erdal Ceylanoğlunu və Hərbi məktəblər İdarəsinin rəisi general-mayor Əli İhsan Gurcihanı qəbul etmişdir.
Müdafiə naziri qonaqları salamladıqdan sonra Azərbaycan Silahlı Qüvvələrində hərbi təhsil sisteminin inkişaf prosesində olduğunu və onun yenidən qurulduğunu qeyd etmişdir.
General-leytenant Erdal Ceylanoğlu Türkiyənin Azərbaycanda hərbi təhsil sisteminin formalaşmasında əlindən gələn hər bir köməyi göstərəcəyini söyləmişdir.
Sonra tərəflər hərbi təhsil sahəsində fikir mübadiləsi etmişlər.
Tədbirdə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı hərbi attaşesi general-mayor Sadıq Ercan iştirak etmişdir.