AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin dəvəti ilə Gürcüstanın, Ukraynanın və Moldovanın Müdafiə nazirləri yanvarın 20-də Bakıya rəsmi səfərə gələcəklər.
Yanvarın 19-da saat 20:10-da və 20:30-da Ermənistan Silahlı Qüvvələrinin bölmələri Goranboy rayonunun Gülüstan yaşayış məntəqəsindən 3 km cənub-qərbdə yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin əks mövqelərini qumbaraatanlardan atəşə tutmuşlar.
Yanvarın 17-də saat 17:15-dən 17:33-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Krasnoselsk rayonu ərazisində yerləşən Şamiri dağındakı mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonunun Başkənd aşırımındakı mövqelərini atıcı silahlardan və tankəleyhinə qumbaraatanlardan;- yanvarın 18-də saat 00:15-dən 02:05-dək isə İcevan rayonunun Berkaber yaşayış məntəqəsi sahəsindəki mövqelərindən qoşunlarımızın Qazax rayonunun Qızılhacılı kəndi sahəsindəki mövqelərini atıcı silahlardan atəşə tutmuşlar.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hazırlığı üzrə Müdafiə naziri general-polkovnik S.Əbiyevin təsdiq etdiyi plana görə yanvarın 12-dən 16-dək Silahlı Qüvvələrdə boks üzrə birincilik uğrunda yarış keçirilir.
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq 1999-cu il yanvarın 9-da Ermənistan-Azərbaycan cəbhəsi Ağdam rayonunun işğal olunmuş Mərzili kəndi sahəsində, qoşunların təmas xəttinin hər iki tərəfində, səhra komandirlərinin şəxsində növbəti monitorinq keçiriləcəkdir.