Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Yanvar 1999 00:00

Müdafiə Nazirliyinin məlumatı

Yanvarın 17-də saat 17:15-dən 17:33-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Krasnoselsk rayonu ərazisində yerləşən Şamiri dağındakı mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonunun Başkənd aşırımındakı mövqelərini atıcı silahlardan və tankəleyhinə qumbaraatanlardan;
- yanvarın 18-də saat 00:15-dən 02:05-dək isə İcevan rayonunun Berkaber yaşayış məntəqəsi sahəsindəki mövqelərindən qoşunlarımızın Qazax rayonunun Qızılhacılı kəndi sahəsindəki mövqelərini atıcı silahlardan atəşə tutmuşlar.
Cavab atəşi ilə düşmən susdurulmuşdur.
İtki yoxdur.