Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Yanvar 1999 00:00

Müdafiə Nazirliyinin məlumatı

Yanvarın 19-da saat 20:10-da və 20:30-da Ermənistan Silahlı Qüvvələrinin bölmələri Goranboy rayonunun Gülüstan yaşayış məntəqəsindən 3 km cənub-qərbdə yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin əks mövqelərini qumbaraatanlardan atəşə tutmuşlar.
Həmin gün saat 22:20-dən 22:40-dək düşmən Krasnoselsk rayonu ərazisindəki Laqziyal yüksəkliyindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonunun ərazisində yerləşən Ağdaş yüksəkliyindəki mövqelərinə iriçaplı pulemyotlardan atəş açmışlar.
Hər iki halda düşmən cavab atəşi ilə susdurulmuşdur.
İtki yoxdur.