AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Yanvarın 28-də saat 20:55-dən 22:05-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Goranboy rayonunun işğal olunmuş Talış kəndinin şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin rayonun Qırmızısaqqallar kəndi sahəsindəki mövqelərini atıcı silahlardan vaxtaşırı atəşə tutmuşlar.
Yanvarın 26-da saat 22:30-dan 22:45-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Goranboy rayonunun işğal olunmuş Talış kəndinin şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin rayonun Borsunlu kəndi sahəsindəki mövqelərini atıcı silahlardan atəşə tutmuşlar.
Azərbaycan Respublikası ilə NATO arasındakı fərdi proqrama uyğun olaraq “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində yanvarın 27-də Brüssel şəhərində (Belçika Krallığı) NATO ordularının silahları üzrə qrupların görüşü keçiriləcəkdir.
Yanvarın 26-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyev Fransa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Jan Pyer Ginyütü və Fransanın Rusiya Federasiyası və Azərbaycandakı müdafiə məsələləri üzrə hərbi attaşesi II dərəcəli kapitan Jirar Udeni qəbul etmişdir.
Azərbaycan Respublikası ilə NATO arasındakı fərdi proqrama uyğun olaraq “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində yanvarın 25-dən 27-dək Haaqa şəhərində (Hollandiya) Hərbi protokol üzrə konfrans və yanvarın 25-dən 29-dək Oberomerqau şəhərində (Almaniya Federativ Respublikası) Avropada təhlükəsizlik uğrunda əməkdaşlıq üzrə kurslar keçirilir.
Yanvarın 24-də saat 14:45-dən 16:30-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Noyemberyan rayonunun Şavarşavan yaşayış məntəqəsinin şimal-qərbindəki və saat 19:50-dən 19:55-dək İcevan rayonunun Voskepar yaşayış məntəqəsindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Fərəhli və Aşağı Əskipara kəndləri sahəsindəki mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.
Yanvarın 22-də saat 23:55-dən yanvarın 23-ü saat 00:40-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri İcevan rayonu ərazisində yerləşən Satalmış dağındakı mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Qızılhacılı kəndi sahəsindəki mövqelərini atıcı silahlardan və iriçaplı pulemyotlardan vaxtaşırı atəşə tutmuşlar.
GUAM dövlətləri Müdafiə nazirlərinin görüşü çərçivəsində Bakıda rəsmi səfərdə olan Ukraynanın Müdafiə naziri ordu generalı Kuzmuk A.İ.
Yanvarın 22-də saat 15:00-dan 16:00-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Sisian rayonunun ərazisində yerləşən Salvart dağının ətəklərindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan MR Şahbuz rayonunun Dağdağan aşırımındakı mövqelərini iriçaplı pulemyotlardan atəşə tutmuşlar.
Yanvarın 20-dən 21-nə keçən gecə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin dəvəti ilə Ukraynanın Müdafiə naziri ordu generalı Kuzmuk A.İ və Gürcüstanın Müdafiə naziri general-leytenant Tevzadze D.D.