Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Yanvar 1999 00:00

Müdafiə Nazirliyinin məlumatı

Yanvarın 20-dən 21-nə keçən gecə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin dəvəti ilə Ukraynanın Müdafiə naziri ordu generalı Kuzmuk A.İ və Gürcüstanın Müdafiə naziri general-leytenant Tevzadze D.D. Azərbaycana rəsmi səfərə gəlmişlər.
Binə hava limanında müdafiə nazirlərini Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyev, Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksenko B.Q., Ukrayna və Gürcüstan səfirliklərinin nümayəndələri qarşılamışlar.