Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Yanvar 1999 00:01

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin dəvəti ilə Gürcüstanın, Ukraynanın və Moldovanın Müdafiə nazirləri yanvarın 20-də Bakıya rəsmi səfərə gələcəklər.
GUAM dövlətləri Müdafiə nazirlərinin Bakı forumu iki gün, yanvarın 21-də və 22-də davam edəcəkdir. Forumun məqsədi beynəlxalq və regional təhlükəsizlik məsələlərini müzakirə etmək, Silahlı Qüvvələrimiz arasında hərbi və hərbi texniki əməkdaşlığın perspektivlərini araşdırmaqdır. GUAM dövlətlərinin Müdafiə nazirləri Respublikamızın hərbi-tədris müəssisələri ilə tanış olacaqlar.
Forumun gündəliyində bəzi sənədlərin imzalanması da gözlənilir.