AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
İyunun 28-də saat 22:45-dən saat 24:00-dək Ermənistan Respublikası Silahlı Qüvvələrinin bölmələri Berd rayonunun ərazisində yerləşən Paravakaryal dağındakı mövqelərindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qazax rayonunun Balacəfərli kəndi sahəsindəki bölmələrini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.
İyunun 21-də saat 23:00-da Ermənistan Respublikası Silahlı Qüvvələrinin kəşfiyyat qrupu işğal olunmuş Füzuli rayonunun Qaraxanbəyli kəndindən 3 km şərqdə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müdafiə mövqelərinə soxulmağa cəhd etmişlər.
İyunun 18-də Azərbaycan Respublikasının Müdafiə Naziri general-polkovnik S.Əbiyev NATO Qüvvələrinin planlaşdırılması şöbəsinin rəis müavini B.Makkendri başda olmaqla nümayəndə heyətini qəbul etmişdir.
İyunun 17-dən 20-dək NATO Qüvvələrinin planlaşdırılması şöbəsinin rəis müavini B.Makkendri başda olmaqla NATO-nun nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gələcəkdir.
İyunun 15-də Azərbaycan Respublikasının Müdafiə Naziri general-polkovnik S.Əbiyev Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə məruzəçiləri Jak Bomeli, Corc Klerfaytı və Ermənistan üzrə məruzəçisi Eysso Bolteri qəbul etmişdir.
İyunun 12-də Azərbaycan Respublikası Prezidentinin 13 mart 1998-ci il tarixli “C.Naxçıvanski adına hərbi liseyin 25 illiyinin keçirilməsi haqqında” sərəncamına əsasən Müdafiə Nazirliyində yaradılmış Təşkilat komitəsinin növbəti iclası keçirilib.
İyunun 11-dən 12-dək Brüssel şəhərində (Belçika Krallığı) NATO-nun qərargah-mənzilində Avropa-Atlantik İttifaqı Şurası çərçivəsində NATO üzvü olan və tərəfdaş ölkələrin Müdafiə nazirlərinin sessiyası keçiriləcəkdir.
İyunun 4-də saat 17:40-dan saat 18:30-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Berd rayonu Aygedzor yaşayış məntəqəsi sahəsindəki mövqelərindən, Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonu Hacıhəsənli kəndi sahəsindəki mövqelərini avtomatlardan və tankəleyhinə qumbaraatanlardan atəşə tutmuşlar.
İyunun 4-də Azərbaycan Respublikasının Müdafiə Naziri general-polkovnik S.Əbiyev ABŞ Müdafiə Nazirinin strategiya və təhlükəsizliyin azaldılması məsələləri üzrə köməkçisi cənab Edvard L.Uorneri və nümayəndə heyətini qəbul etmişdir.
Azərbaycan Respublikasının Müdafiə Naziri general-polkovnik S.Əbiyevin dəvətilə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanı ordu generalı Hüseyn Kıvrıkoğlu və onun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda rəsmi səfərdə olmuşdur.