İyunun 21-də saat 23:00-da Ermənistan Respublikası Silahlı Qüvvələrinin kəşfiyyat qrupu işğal olunmuş Füzuli rayonunun Qaraxanbəyli kəndindən 3 km şərqdə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müdafiə mövqelərinə soxulmağa cəhd etmişlər. Düşmən qrupu aşkar edilərək atəşə tutulmuş və əvvəlki mövqelərinə geri çəkilmişdir.
İyunun 22-də isə saat 00:15-də Ermənistan Respublikası Silahlı Qüvvələrinin başqa bir kəşfiyyat qrupu Tərtər rayonunun işğal olunmuş Seysulan kəndi istiqamətindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müdafiə mövqelərinə soxulmağa cəhd etmişlər. Kəşfiyyat qrupu aşkar edilib atəşə tutularkən, düşmən qüvvələri Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini saat 01:15-dək iriçaplı pulemyotlardan və snayper tüfənglərindən atəşə tutmuşlar.
Hər iki halda Azərbaycan tərəfi itki verməmişdir.