AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
İyul ayının 6-dan 8-dək Azərbaycan Respublikasının baş naziri, Azərbaycan milli qəhrəmanı polkovnik Surət Hüseynovun rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri komandir heyətinin geniş müşavirəsi keçirib.
Artıq 3-cü gündür ki, Ağdam bölgəsində gərgin döyüşlər davam edir.
Azərbaycan Silahlı Qüvvələrinin dünən axşamdan başladığı əməliyyat nəticəsində Ağdam cəbhəsində dönüş yaranmışdır.
Ermənistan ordusunun Ağdam, Füzuli və Cəbrayıl bölgələri üzərinə hücumu nəticəsində son dərəcə ağır vəziyyət yaranıb.
Ermənistan ordusunun bölmələri Azərbaycanın yeni torpaqlarını zəbt etməkdə davam edirlər.
Cəbhə bölgələrində vəziyyət ağır olaraq qalır.
Ermənistan ordusunun bölmələri cəbhənin cənub hissəsində genişmiqyaslı əməliyyata başlayıblar.