Ermənistan ordusunun bölmələri Azərbaycanın yeni torpaqlarını zəbt etməkdə davam edirlər. Bu gün səhər tezdən başlayaraq erməni işğalçıları böyük qüvvə ilə Ağdam şəhəri üzərinə hücuma keçiblər. Şəhərin həm şimalından, həm də cənubundan irəliləyən düşmən qüvvələri gün ərzində Ağdam rayonunun daha 9 kəndini zəbt ediblər. Son məlumatlara görə döyüşlər Ağdam şəhərinin həndəvərində gedir. Erməni silahlı qüvvələri şəhəri mühasirəyə almağa çalışır.
Ermənistan ordusunun bölmələri Qarabağın şımalında və cənubunda da hücum əməliyyatlarını davam etdirirlər. Hazırda Ağdərə bölgəsində, Füzuli və Cəbrayıl istiqamətlərində gərgin döyüşlər gedir.