Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 İyul 1993 00:01

Müdafiə Nazirliyinin məlumatı

İyul ayının 6-dan 8-dək Azərbaycan Respublikasının baş naziri, Azərbaycan milli qəhrəmanı polkovnik Surət Hüseynovun rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri komandir heyətinin geniş müşavirəsi keçirib.
Həmin müşavirədə Silahlı Qüvvələrimizin quruculuğu, onun qarşısında duran döyüş və səfərbərlik vəzifələri, kadr siyasətinin möhkəmləndirilməsi və orduda nizam-intizam məsələləri müzakirə edilib. Baş nazir bu məsələlərin tezliklə həll olunması və hər kəsin ona təhkim olunmuş sahələrə məsuliyyətlə yanaşmasının vacibliyinə diqqət yetirib.
Müşavirənin sonunda qəbul edilmiş qərarda bütün iqtisadiyyatın ön cəbhəni təmin etmək üçün işləməsi zəruriliyi qeyd edilib.