Azərbaycan Silahlı Qüvvələrinin dünən axşamdan başladığı əməliyyat nəticəsində Ağdam cəbhəsində dönüş yaranmışdır. Milli Ordumuzun əsgərləri silaha sarılmış Ağdam əhalisi ilə birlikdə Qasımlı, Saybalı, Muğanlı və Poladlı kəndlərini erməni işğalçılarından azad ediblər. Hazırda İsmayılbəyli və Bağbanlar kəndləri uğrunda qızğın döyüşlər gedir.
Cəbrayıl rayonu istiqamətində niyyəti puça çıxan ermənilər rayon mərkəzini və bir çox kəndləri güclü atəşə tuturlar. Ötən gecə və bu gün Qışlaq, Süleymanlı, Banazur, Daşbaşı, Mulkudərə, Quşçular və Qaraçallı kəndləri tank, top və iriçaplı pulemyotlardan atəşə tutulub.
Dünən axşam Naxçıvan MR-sı Ordubad rayonunun Kilid gözətçi məntəqəsi Ermənistan ərazisindən avtomat və pulemyot atəşinə məruz qalıb.