Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 İyul 1993 00:01

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan ordusunun Ağdam, Füzuli və Cəbrayıl bölgələri üzərinə hücumu nəticəsində son dərəcə ağır vəziyyət yaranıb. Dünən axşam düşmən Füzuli rayonunun Gorazıllı, Xatınbulaq və Arış kəndlərini zəbt edib. Ağdam şəhərinin yaxınlığında yerləşən Qasımlı, Şelli, Poladlı, Bağbanlar, İsmayılbəyli, Novruzlu və Mərzili kəndlərini ələ keçiriblər.
Ötən gecə Cəbrayıl şəhəri 2 saat ərzində “QRAD” qurğularından atəşə tutulub. Dağıntı var.
Tərtər istiqamətində də vəziyyət gərgindir. Dünən Tərtər şəhəri Akop Kamari tərəfdən “QRAD” qurğularından, Ağdərə bölgəsinin Levonarx kəndi isə Madagiz səmtindən toplardan atəşə məruz qalıb.