Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

"Qələbə marşı" ilə başa çatan tədbirdə şəhid zabitin xatirəsi anılıb - VİDEO 12 Avqust 2021 20:30

Azərbaycan Ordusunun igid döyüşçülərindən biri olan kapitan Əkbər Pənahov "Dəmir Yumruq" əməliyyatı ilə başlanan və Ermənistanın rüsvayçı məğlubiyyəti ilə başa çatan Vətən müharibəsinin ilk günündə böyük qələbəyə inam, düşmənə nifrət hissi ilə döyüş meydanına atılmış və Murovdağın strateji yüksəkliklərinin azad olunması uğrunda hərbi əməliyyatlarda fəal iştirak etmişdir.

Bakıda "Üç Qardaş - 2021" beynəlxalq təliminin yekun planlaşdırılması konfransı keçirilir 12 Avqust 2021 16:10

Bakıda Azərbaycan, Pakistan və Türkiyənin xüsusi təyinatlı qüvvələri nümayəndələrinin iştirakı ilə “Üç Qardaş - 2021” birgə təliminin yekun planlaşdırılması konfransı keçirilir.

Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimiz atəşə tutulub 12 Avqust 2021 09:40

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 11-i saat 22:20-dən etibarən avqustun 12-si saat 00:05-dək Çəmbərək rayonunun Çəmbərək, Ttucur, eləcə də Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən Gədəbəy rayonunun Zamanlı, Qaravəllər, o cümlədən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.

Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimiz atəşə tutulub 11 Avqust 2021 23:48

Avqustun 11-i saat 16:20-dən 21:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən, Basarkeçər rayonunun Göysu yaşayış məntəqələrində və Çəmbərək rayonu ərazisində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad, Gədəbəy rayonunun Qalakənd və Zamanlı yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə müxtəlif çaplı silahlardan, o cümlədən snayper tüfənglərindən atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuata açıqlaması 11 Avqust 2021 13:23

10 noyabr 2020-ci ildə Azərbaycan Respublikası Prezidenti, Rusiya Federasiyası Prezidenti və Ermənistan Baş nazirinin imzaladığı üçtərəfli bəyanata uyğun olaraq, Ermənistan silahlı qüvvələrinin qalıqlarının tam şəkildə Rusiya Federasiyası sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən çıxarılması təmin olunmamışdır.

Şəhid Vüqarın doğum günündə Türk əsgəri Həsəni Bəşir və kəndin ilk şəhidi Fariz də xatırlanıb 11 Avqust 2021 13:10

Azərbaycan Ordusunun igid zabitlərindən olan Vüqar Aydın oğlu Nəcəfov 10 avqust 1988-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Dırnıs kəndində anadan olub.

"Azərbaycan Ordusu" qəzeti № 62 (2570) 11 Avqust 2021 09:49

“Vətəni qorumaq amalımızdır”Güclü ordu dövlətin də, xalqın da təhlükəsizliyini etibarlı şəkildə qoruyur.

Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimiz atəşə tutulub 11 Avqust 2021 09:30

Avqustun 11-i saat 01:05-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonu Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

Ermənistan silahlı qüvvələri tərəfindən Naxçıvan istiqamətində mövqelərimiz növbəti dəfə atəşə tutulub 10 Avqust 2021 18:13

Avqustun 10-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

“Adı əziz, xatirəsi əbədidir Yaşarın” adlı vətənpərvərlik tədbirində hər kəs ondan fəxarətlə danışıb - VİDEO 10 Avqust 2021 16:19

Bu gün İkinci Şəhidlər xiyabanında Müdafiə Nazirliyinin, Füzuli və Binəqədi rayon İcra Hakimiyyətlərinin rəsmiləri, ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri, döyüşçü dostları onun gül-çiçəyə qərq olunan, başı üstündə müqəddəs bayrağımız dalğalanan məzarını ziyarət edib, burada uyuyan bütün şəhidlərimizin, eləcə də onun ruhuna dualar oxunub, 46 illik həyat yoluna çıraq tutulub.