Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Avqust 2021 18:13

Ermənistan silahlı qüvvələri tərəfindən Naxçıvan istiqamətində mövqelərimiz növbəti dəfə atəşə tutulub

Avqustun 10-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.
Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.
Qarşı tərəf cavab atəşi ilə susdurulub.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.