Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

“Adı əziz, xatirəsi əbədidir Yaşarın” adlı vətənpərvərlik tədbirində hər kəs ondan fəxarətlə danışıb - VİDEO 10 Avqust 2021 16:19

Bu gün İkinci Şəhidlər xiyabanında Müdafiə Nazirliyinin, Füzuli və Binəqədi rayon İcra Hakimiyyətlərinin rəsmiləri, ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri, döyüşçü dostları onun gül-çiçəyə qərq olunan, başı üstündə müqəddəs bayrağımız dalğalanan məzarını ziyarət edib, burada uyuyan bütün şəhidlərimizin, eləcə də onun ruhuna dualar oxunub, 46 illik həyat yoluna çıraq tutulub.

Əlahiddə Ümumqoşun Ordunun tank və mexanikləşdirilmiş birləşmələri yeni tədris dövrünə aktiv məşğələlərlə başlayıb - VİDEO 10 Avqust 2021 16:13

Əlahiddə Ümumqoşun Ordunun tank və mexanikləşdirilmiş birləşmələri yeni tədris dövrünə aktiv məşğələlərlə başlayıb.

Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub 9 Avqust 2021 22:55

Avqustun 9-u saat 17:10-dan 17:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutub.

“Xatirələrdə, ürəklərdə yaşayır Babək” adlı tədbir hər kəsi qürurlandırıb 9 Avqust 2021 20:27

Respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik edən, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərən, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirərək şəhidlik zirvəsinə ucalan igid oğullarımızın doğum və anım günləri silsilə vətənpərvərlik tədbirləri ilə qeyd edilir, onların məzarları ziyarət olunur, ailələrinə baş çəkilir, xatirələri ehtiramla yad olunur.

“Zəfər Bayrağımız etibarlı əllərdə, dəmir yumruq yerindədir!” adlı vətənpərvərlik tədbiri keçirilib 9 Avqust 2021 17:29

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında “Dəmir Yumruq” əməliyyatı ilə başlanan Vətən müharibəsində bütün xalqımız kimi Şamaxı və Ağsu rayon sakinləri də həm arxa, həm də ön cəbhədə möhtəşəm Zəfərin qazanılmasında səylərini əsirgəməyib, bu gün də rəşadətli Azərbaycan Ordusuna dayaqdırlar.

Müdafiə naziri “Dəniz kuboku” müsabiqəsində iştirak edəcək komandamızın hazırlığını yoxlayıb - VİDEO 9 Avqust 2021 11:08

Müdafiə naziri general-polkovnik Zakir Həsənov “Beynəlxalq Ordu Oyunları-2021” yarışları çərçivəsində keçiriləcək “Dəniz kuboku” müsabiqəsində iştirak edəcək komandamızın hazırlığını yoxlamaq üçün Hərbi Dəniz Qüvvələrində olub.

Ermənistan silahlı qüvvələri tərəfindən Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub 9 Avqust 2021 10:31

Avqustun 9-u saat 00:10-dan 00:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.

Ermənistan silahlı qüvvələri tərəfindən Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub 8 Avqust 2021 13:56

Avqustun 8-i saat 13:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib 8 Avqust 2021 13:29

Bu gün avqustun 8-də Azərbaycan Ordusunun hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.

Müdafiə Nazirliyinin rəhbərliyi azad edilmiş ərazilərdə tikintisi davam edən hərbi hissələrdə olub - VİDEO 8 Avqust 2021 12:15

Silahlı Qüvvələrin Ali Baş Komandanının tapşırığının icrası ilə əlaqədar Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Kəlbəcər və Laçın rayonlarında tikintisi davam edən bir neçə hərbi hissədə olublar.