Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulur 16 Avqust 2021 10:32

Avqustun 16-sı saat 09:30-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini avtomat və pulemyotlardan istifadə edərək atəşə tutmağa başlayıb.

Azərbaycan Ordusunun mövqeləri növbəti dəfə atəşə tutulub 16 Avqust 2021 00:12

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 15-i saat 19:00-dan 19:25-dək Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyinin məlumatı 15 Avqust 2021 22:15

Azərbaycan Ordusunun 120 nəfərdən ibarət sülhməramlı bölməsi qardaş Türkiyə qüvvələri ilə birlikdə Əfqanıstanda Kabul beynəlxalq hava limanının təhlükəsizliyini təmin etmək məqsədilə xidməti vəzifələrini davam etdirir.

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub 15 Avqust 2021 15:24

Avqustun 15-i saat 12:00-dan 12:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə snayper tüfəngi, avtomat və pulemyotlardan atəşə tutub.

Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimiz atəşə tutulub 15 Avqust 2021 10:25

Avqustun 15-i saat 04:33 və 07:25-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlardan atəşə tutub.

“Mənim atam qəhrəmandır” silsilə tədbirinə şəhid anaları da qatılıb - VİDEO 14 Avqust 2021 12:57

Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, o cümlədən "Fire Land Production"ın təşkilatçılığı ilə Vətən müharibəsində şəhid olan qəhrəmanların övladları üçün "Mənim atam qəhrəmandır" adlı silsilə layihənin növbəti tədbiri şəhid analarının iştirakı ilə həyata keçirilib.

Əlahiddə Ümumqoşun Ordunun ön xətdə yerləşən hava hücumundan müdafiə bölmələrində taktiki-xüsusi təlimlər keçirilir - VİDEO 14 Avqust 2021 12:34

Əlahiddə Ümumqoşun Ordunun ön xətdə yerləşən hava hücumundan müdafiə bölmələrində taktiki-xüsusi təlimlər keçirilir.

Ermənistan silahlı qüvvələri Tovuz rayonu istiqamətində mövqelərimizi atəşə tutub 14 Avqust 2021 11:56

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 13-ü saat 23:05-də Berd rayonunun Çinari kəndi ərazisində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

"Azərbaycan Ordusu" qəzeti № 63 (2571) 14 Avqust 2021 11:00

“Vətən müharibəsi qəhrəmanlıq tariximizə qızıl hərflərlə yazıldı”“N” hərbi hissəsinin zabit və əsgərləri də Vətən müharibəsində yaxından iştirak ediblər.

Şəhidin anım mərasimi keçirilib - VİDEO 14 Avqust 2021 10:30

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Vətən müharibəsində şəhid olan ədliyyə kapitanı Ruhin Müzəffər oğlu Xəlilovun anım günü keçirilib.