Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Ermənistan silahlı qüvvələri tərəfindən müxtəlif istiqamətlərdə mövqelərimiz atəşə tutulub 17 Avqust 2021 15:58

Avqustun 17-si saat 10:55-dən 14:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə snayper tüfəngi, avtomat və pulemyotlardan atəşə tutub.

Azərbaycan HHQ-nin aviasiya vasitələri yay tədris dövründə ilk təlim-məşq uçuşlarını icra edir - VIDEO 17 Avqust 2021 15:04

Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri hazırlıq planına uyğun olaraq təlim-məşq uçuşlarına başlayıb.

Azərbaycan sülhməramlıları təyin edilmiş tapşırıqları icra edir - VİDEO 17 Avqust 2021 13:42

Əfqanıstan İslam Respublikasının Kabil Beynəlxalq Hava Limanında xidməti vəzifələrini yerinə yetirən Azərbaycan sülhməramlılarının ümumi vəziyyəti sabitdir.

“Tank biatlonu” müsabiqəsində iştirak edən komandaların püşkatması keçirilib - VİDEO 17 Avqust 2021 12:31

Rusiyanın Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində keçiriləcək “Tank biatlonu” müsabiqəsində iştirak edəcək komandaların püşkatma mərasimi keçirilib.

“Dəniz kuboku” müsabiqəsində iştirak edəcək hərbi dənizçilərimiz yola salınıb - VİDEO 17 Avqust 2021 11:12

“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində “Dəniz kuboku” müsabiqəsində iştirak edəcək Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları İranın Ənzəli şəhərinə yola salınıb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər və Laçın rayonlarında olublar - VİDEO 17 Avqust 2021 11:07

Avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər və Laçın rayonlarında olublar.

Ermənistan silahlı qüvvələri tərəfindən Naxçıvan, Kəlbəcər və Gədəbəy istiqamətində mövqelərimiz atəşə tutulub 16 Avqust 2021 23:31

Avqustun 16-sı saat 19:55-dən 20:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə snayper tüfəngi, avtomat və pulemyotlardan atəşə tutub.

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub 16 Avqust 2021 20:15

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 16-sı saat 18:45-dən 19:30-dək Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Azərbaycan sülhməramlılarının həyatı üçün hazırda təhlükə yoxdur 16 Avqust 2021 13:54

Kabil Beynəlxalq Hava Limanının Azərbaycan sülhməramlılarının mühafizə və müdafiə etdikləri sektorunda hazırda gərginlik mövcud deyil.

Azərbaycan Respublikasının Müdafiə naziri Türkiyə Respublikasına səfərə gedib 16 Avqust 2021 12:00

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akarın dəvətilə İstanbul şəhərində keçiriləcək “IDEF - 2021” Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün Türkiyə Respublikasına yola düşüb.