Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Avqust 2021 11:00

"Azərbaycan Ordusu" qəzeti № 63 (2571)

“Vətən müharibəsi qəhrəmanlıq tariximizə qızıl hərflərlə yazıldı”

“N” hərbi hissəsinin zabit və əsgərləri də Vətən müharibəsində yaxından iştirak ediblər. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə cəsarət və hünərlə vuruşublar. Döyüş meydanlarından hərbi hissəyə qələbələrlə, zəfərlərlə dönüblər. Buna görə də hərbi hissədə həmsöhbət olduğumuz bütün zabit və əsgərlərin üz-gözündən qürur və iftixar yağırdı. Bu da təbii idi. Çünki onlar qalib ordunun qalib əsgər və zabitləri idilər...davamı




“Bürünc medal qazandığıma görə çox qürurluyam”

Tokio-2020 Yay Olimpiya Oyunları artıq tarixə qovuşdu. Bu günlərdə bütün dünya idman sevərlərinin diqqəti yarışlara ev sahibliyi edən Yaponiyaya yönəlmişdi. Yay Olimpiya Oyunlarında iştirak edən idmançılarımız gərgin mübarizə apararaq uğurlar qazandılar və ölkəmizi beynəlxalq idman arenasında layiqincə təmsil etdilər. Güclərini, bacarıqlarını bir daha nümayiş etdirdilər...davamı




İşıqlı gələcəyə yol açan qəhrəmanlar

Qəhrəmanlar yurdu, igidlər məskəni olan Azərbaycan əlverişli coğrafi-strateji mövqeyinə, zəngin təbii sərvətlərinə görə zaman-zaman bədxah qonşuların təcavüzünə məruz qalıb. Lakin xalqımızın mənafeyini hər şeydən üstün tutan oğul və qızlarımız qarşısında duran düşmən qüvvələrini darmadağın edərək Vətənimizin azadlığını və müstəqilliyini qoruyub saxlayıblar. 44 günlük Vətən müharibəsində də vətənpərvər oğullarımız döyüş meydanında qəhrəmanlıq nümunəsi göstərərək, Vətən, Ana sözlərinin bizim üçün nə qədər müqəddəs olduğunu bütün dünyaya bir daha sübut etdilər...davamı




Mən əsgərəm, ata!

Uşaqlıqda da, yeniyetməlikdə də hər birimiz ata nəsihəti, ata öyüdü eşitmişik. Məktəbdə müəllimlərimizin dedikləri də eşitdiklərimizin davamı oldu. Vətən kəlməsinin müqəddəsliyini həmin vaxtlardan dərk etmişik. Biz də bu ruhla boya-başa çatmışıq...davamı




"Azərbaycan Ordusu" qəzetinin tam variantı