Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Zirehli texnikaların ekipajları döyüş vərdişlərini təkmilləşdirir - VİDEO 18 Avqust 2021 11:40

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq zirehli transportyorların (ZTR) ekipajları döyüş vərdişlərini təkmilləşdirir.

"Azərbaycan Ordusu" qəzeti № 64 (2572) 18 Avqust 2021 10:00

Maştağada şəhid bulağının açılışı olubİyirmi dörd il öncə Bakının ən qədim kəndlərindən biri olan Maştağada Mütəllimzadələr ailəsində üçüncü oğlan uşağı dünyaya göz açdı.

Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimiz atəşə tutulub 18 Avqust 2021 09:19

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 17-si saat 21:55-dən avqustun 18-i 01:00-dək fasilələrlə Basarkeçər rayonunun Basarkeçər və Şişqaya yaşayış məntəqələrində yerləşən mövqelərindən Kəlbəcər rayonunun İstisu və Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Azərbaycan və Türkiyə Müdafiə nazirləri görüşüb - VIDEO 18 Avqust 2021 07:34

“IDEF - 2021” Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək məqsədilə İstanbul şəhərində səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov avqustun 17-də Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akarla görüşüb.

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub 17 Avqust 2021 22:59

Avqustun 17-si saat 17:45-dən 20:33-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə snayper tüfəngi, iri çaplı pulemyot və atıcı silahlardan atəşə tutub.

Müdafiə naziri “IDEF-2021” sərgisinin açılış mərasimində iştirak edib 17 Avqust 2021 18:26

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akarın dəvətilə avqustun 17-də İstanbul şəhərində keçirilən “IDEF - 2021” Beynəlxalq Müdafiə Sərgisinin təntənəli açılış mərasimində iştirak edib.

“Tank biatlonu”nda iştirak edən Azərbaycan tankçıları döyüş maşınlarının texniki vəziyyətini yoxlayıb 17 Avqust 2021 16:30

“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində keçiriləcək “Tank biatlonu” müsabiqəsində iştirak edən komandalar püşkatmaya əsasən idarə edəcəkləri tankları qəbul edərək onlara baxış keçirib.

Ermənistan silahlı qüvvələri tərəfindən müxtəlif istiqamətlərdə mövqelərimiz atəşə tutulub 17 Avqust 2021 15:58

Avqustun 17-si saat 10:55-dən 14:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə snayper tüfəngi, avtomat və pulemyotlardan atəşə tutub.

Azərbaycan HHQ-nin aviasiya vasitələri yay tədris dövründə ilk təlim-məşq uçuşlarını icra edir - VIDEO 17 Avqust 2021 15:04

Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri hazırlıq planına uyğun olaraq təlim-məşq uçuşlarına başlayıb.

Azərbaycan sülhməramlıları təyin edilmiş tapşırıqları icra edir - VİDEO 17 Avqust 2021 13:42

Əfqanıstan İslam Respublikasının Kabil Beynəlxalq Hava Limanında xidməti vəzifələrini yerinə yetirən Azərbaycan sülhməramlılarının ümumi vəziyyəti sabitdir.