"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Avqust 2021 07:34

Azərbaycan və Türkiyə Müdafiə nazirləri görüşüb - VIDEO

“IDEF - 2021” Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək məqsədilə İstanbul şəhərində səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov  avqustun 17-də  Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akarla görüşüb.
Görüşdə tərəflər müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd edib, regional təhlükəsizlik, ikitərəfli münasibətlər, eləcə də maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.