Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə naziri “Dəniz təməl komando kursu”nun buraxılış mərasimində iştirak edib - VİDEO 21 Avqust 2021 10:45

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti “Dəniz təməl komando kursu”nun buraxılış mərasimində iştirak edib.

Əlahiddə Ümumqoşun Ordunun minaatan bölmələrində döyüş hazırlığı məşğələləri keçirilir - VİDEO 20 Avqust 2021 17:53

Gənc heyətlərə müxtəlif çaplı minaatanların təyinatı və taktiki-texniki göstəriciləri haqqında ümumi məlumat verilən məşğələlərdə minaatan heyətlərinin ixtisas hazırlığı artırılır və döyüş vərdişləri təkmilləşdirilir.

“Artilleriya atəşinin ustaları” müsabiqəsində iştirak edəcək komandamız Qazaxıstana gedib 20 Avqust 2021 16:20

“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində keçiriləcək “Artilleriya atəşinin ustaları” müsabiqəsində iştirak etmək üçün topçularımız Qazaxıstana səfər edib.

Ermənistan silahlı qüvvələri müxtəlif istiqamətlərdə mövqelərimizi atəşə tutub 20 Avqust 2021 10:17

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 19-u saat 17:24-dən etibarən avqustun 20-si saat 00:25-dək Gorus rayonunun Xanazax, Basarkeçər rayonunun Aşağı Zağalı və Berd rayonunun Çinarlı yaşayış məntəqələri ərazisində yerləşən mövqelərindən Laçın rayonunun Cağazur, Kəlbəcər rayonunun İstisu və Tovuz rayonunun Əsrik Cırdaxan yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.

“Dəniz Kuboku” müsabiqəsində iştirak edən hərbi dənizçilərimiz İrandadır 20 Avqust 2021 09:50

“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində “Dəniz Kuboku” müsabiqəsində iştirak etmək üçün yola düşən HDQ-nin hərbi qulluqçuları İranın Ənzəli şəhərində qarşılanıb.

Tankçılarımız “Tank biatlonu” müsabiqəsinə hazırlıqlarını davam etdirir 19 Avqust 2021 18:36

“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində keçiriləcək “Tank biatlonu” müsabiqəsində iştirak edəcək tankçılarımız hazırlıqlarını davam etdirir.

Naxçıvan Muxtar Respublikasının strateji yüksəkliklərində müdafiə istehkamları möhkəmləndirilib 19 Avqust 2021 16:23

Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər ardıcıl xarakter alıb.

Mühəndis-istehkam bölmələri ilə taktiki-xüsusi məşqlər keçirilir - VİDEO 19 Avqust 2021 12:13

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq Mühəndis Qoşunlarının hissə və bölmələri ilə taktiki-xüsusi məşqlər keçirilir.

Milli Qəhrəman Topçu İskəndərin 65 illik yubileyi qeyd edilib 18 Avqust 2021 19:30

Azərbaycanın Milli Qəhrəmanı İskəndər Söhrab oğlu Aznaurovun 65 illik yubileyi vaxtilə xidmət etdiyi hərbi hissədə böyük ruh yüksəkliyi, qələbə əhval-ruhiyyəsi ilə qeyd edilib.

Azərbaycanın Müdafiə naziri Türkiyənin Baş Qərargah rəisi ilə görüşüb 18 Avqust 2021 14:24

“IDEF - 2021” Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək məqsədilə İstanbul şəhərində səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerlə görüşüb.