Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Avqust 2021 18:36

Tankçılarımız “Tank biatlonu” müsabiqəsinə hazırlıqlarını davam etdirir

“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində keçiriləcək “Tank biatlonu” müsabiqəsində iştirak edəcək tankçılarımız hazırlıqlarını davam etdirir.
Komandamızın heyəti yarışa qatılacaqları tankların ştat silahlarından yoxlama atışları icra ediblər.
Birinci divizionda Belarusiya, Serbiya və Qazaxıstan komandaları ilə mübarizə aparacaq tankçılarımız ilk yarışa avqustun 24-də  başlayacaqlar.