Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Artilleriyaçılarımız “Artilleriya atəşinin ustaları” müsabiqəsini uğurla başa vurub - VİDEO 1 Sentyabr 2021 18:53

“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Qazaxıstan Respublikasının Qvardiya qarnizonunda keçirilən "Artilleriya atəşinin ustaları" müsabiqəsi başa çatıb.

Azərbaycan hərbi təyyarələri Türkiyədə keçiriləcək "TurAz Şahini - 2021” təlimlərinə yola düşüb 1 Sentyabr 2021 16:48

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən, iki dövlətin Hərbi Hava Qüvvələrinin iştirakı ilə Konya şəhərində “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimləri keçiriləcək.

Hərbi dənizçilərimiz "Dəniz kuboku" müsabiqəsində növbəti epizodun qalibi olublar - VİDEO 1 Sentyabr 2021 15:33

İran İslam Respublikasının Ənzəli şəhərində keçirilən "Dəniz kuboku" beynəlxalq müsabiqəsi davam edir.

Əlahiddə Ümumqoşun Ordunun rabitə bölmələrində məşğələlər keçirilir - VİDEO 1 Sentyabr 2021 15:15

Yaranmış mürəkkəb şəraitdə rabitənin təmini ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə keçirilən məşğələlərdə səhra rabitə qovşağının ərazidə açılması praktiki olaraq məşq etdirilir.

"Azərbaycan Ordusu" qəzeti № 68 (2576) 1 Sentyabr 2021 14:57

Lənkəranda şəhid zabitin xatirəsinə abidə-bulaq kompleksinin açılışı olduMüdafiə Nazirliyi və Lənkəran rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi baş leytenant Həsənağa Abdullazadənin xatirəsinə Lənkəran şəhərində adını daşıdığı küçədə abidə-bulaq kompleksinin açılış mərasimi oldu...davamı Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsiMövzu:

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi yad edilib - VİDEO 1 Sentyabr 2021 14:50

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunələrinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş polkovnik Zaur İsmayıl oğlu Nudirəliyevin doğum günündə şəhidin anım tədbiri keçirilib.

Gəncə Qarnizonunda Türkiyənin Zəfər bayramı və Silahlı Qüvvələr Günü münasibətilə mədəni-kütləvi tədbirlər keçirilib 1 Sentyabr 2021 11:34

İllik tədbirlər planına əsasən Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən Türkiyənin Zəfər bayramı və Silahlı Qüvvələr Günü münasibətilə mədəni-kütləvi tədbirlər keçirilib.

“Tank biatlonu” müsabiqəsinin yarımfinal mərhələsi keçirilir - VİDEO 1 Sentyabr 2021 09:12

“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Rusiya Federasiyasının Moskva şəhərində “Tank biatlonu” müsabiqəsinin yarımfinal mərhələsi keçirilir.

“Mənim atam qəhrəmandır” layihəsi çərçivəsində növbəti tədbir keçirilib - VİDEO 31 Avqust 2021 20:00

Vətən müharibəsində şəhid olmuş qəhrəmanların övladları üçün Azərbaycan Respublikası Müdafiə və Daxili İşlər nazirliklərinin dəstəyi və “Fire Land Production”ın təşkilatçılığı ilə reallaşdırılan “Mənim atam qəhrəmandır” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.

Ağdam rayonunun Şirvanlı kəndindən videogörüntülər - VİDEO 31 Avqust 2021 19:11