Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Sentyabr 2021 16:48

Azərbaycan hərbi təyyarələri Türkiyədə keçiriləcək "TurAz Şahini - 2021” təlimlərinə yola düşüb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən, iki dövlətin Hərbi Hava Qüvvələrinin iştirakı ilə Konya şəhərində “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimləri keçiriləcək.
Təlimlərdə iştirak edəcək Azərbaycan HHQ-nin 2 ədəd MiQ-29 və 2 ədəd Su-25 döyüş təyyarəsi sentyabrın 1-də Türkiyəyə yola düşüb.
Birgə təlimlərin sentyabrın 17-dək davam edəcəyi planlaşdırılır.